İran neft nazirinin beynəlxal məsələlər üzrə müavini Əli Majedi bildirib ki, İran Türkmənistan ilə yanaşı Azərbaycandan da yanacaq idxalını artırıb.
Majedi qeyd edib ki, 2014-cü ilin ilk 4 ayında İran ərazisindən Naxçıvana swap (əvəzləmə) əməliyyatları çərçivəsində 125 milyon kub metr qaz tədarük edilib.
Qeyd edək ki, Azərbaycan İrana bu tip əməliyyatlar çərçivəsində özünün ərazisi olan, lakin onunla ortaq sərhədi olmayan Naxçıvan Muxtar Respublikasını mavi yanacaqla təmin etmək üçün qaz tədarük edir.
Bir qədər əvvəl Naxçıvan Muxtar Respublikasının qaz təchizatının davamlılığını təmin etmək üçün duz yataqlarının əsasında NMR-da yeraltı qaz anbarının yaradılması qərara alınmışdır.
200-300 milyon kub metr tutumu olan yeraltı qaz anbarı Naxçıvan Muxtar Respublikasının ehtiyaclarını təmin etmək üçün kifayətdir. Bu işləri SOCAR həyata keçirir.