logo

I rübdə “Şahdəniz” yatağından qaz hasilatı 4% azalıb

Views: 31

shah-b

2014-cü ilin I rübündə “Şahdəniz” yatağından hasil edilən təbii qaz həcmləri 2,32 mlrd. kubmetr təşkil edib. 2013-cü ilin analoji dövrü ilə müqayisədə hasilat 4,2% azalıb. Bu haqda “BP-Azerbaijan” şirkətinin cari ilin I rübü üzrə yekunlarına dair hesabatını təhlil edərkən məlum olur.

Hesabat dövründə “Şahdəniz” yatağından həmçinin 0,6 mln. ton kondensat hasil edilib. 2013-cü ilin yanvar-mart aylarında bu göstərici 0,63 mln ton olmuşdu.

Cari ilin I rübündə gündəlik olaraq orta hesabla 26 mln. kubmetr qaz və 49,33 min barel kondensat çıxarılıb. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər 27 mln. kubmetr qaz və 55,3 min barel olmuşdu.

Yatağın istismara verildiyi 2006-cı ilin sonundan 2014-cü ilin mart ayına qədər 50,3 mlrd. kubmetr qaz və 13 mln. tondan çox kondensat hasil edilib.

“BP-Azerbaijan” SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə 2014-cü ilin sonunadək “Şahdəniz” yatağında hasilat sisteminin gücünün sutkada 1 mlrd. 40 mln. kubfut (təxminən 29,450 mln. kubmetr) qaza qədər artırılmasına dair razılıq əldə edib.

* 2013-cü ildə “Şahdəniz” yatağından 9,8 mlrd. kubmetr qaz və 2.48 mln. ton kondensat hasil edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart