Azərbaycan 2014-cü ilin yanvar-aprel aylarında 11 mln. 281 min 350,7 ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Sayğacların göstəricilərinə görə, yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 9 mln. 199,148 min ton, Bakı-Supsa neft kəməri ilə 1 mln. 438,363 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 339,203 min ton, dəmir yolu ilə Gürcüstan limanlarına 304,636 min ton neft ixrac olunub.
Komitənin məlumatına görə, hesabat dövründə $6 mlrd. 148 mln. 529,86 min məbləğində 7 mln. 467,140 min ton neft ixrac edilib.
2014-cü ilin yanvar-aprel aylarında Azərbaycandan $328 mln. 349,7 min məbləğində 459,376 min ton neft məhsulu ixrac ediıib.