logo

Ukrayna böhranı qaz bazarlarına necə təsir edir?

Views: 11

ukr-gazKiyevdə hökumətin dəyişməsi, Rusiyanın Krımda hərbi əməliyyatı, Qərb güclərinin diplomatik reaksiyaları, müharibə təhlükəsi Rusiya, Ukrayna və Avropa arasındakı bütün növ iqtisadi münasibətlərə, xüsusilə də enerji sahəsində əməkdaşlığa ciddi təsir edib.

Qeyd edək ki, Rusiya Avropada təbii qazın 30%-ni təmin edir. Onun yarıdan çoxu isə Ukrayna vasitəsilə ötürülür. Ukraynada qaz təchizatı məsələləri siyasi böhran nəticəsində kəskinləşən iqtisadi dəyişikliklərlə birləşib. Bu barədə “Naturalgaseurope” məlumat verib.

2014-cü il, martın 10-dan etibarən təchizatda fasilələrin yaranmasının əsas səbəbi Ukraynanın “Naftoqaz”ının ciddi borcunun olması idi. Fevralın sonunda “Qazprom”a borcun 3,3 milyard dollarlıq hissəsi ödənəndən sonra, 7 martdan etibarən 2 milyard dollardan az məbləğ qalır.

Bundan öncəki Rusiya-Ukrayna qaz mübahisələri, borcun yığılması “Qazprom”un Ukrayna istehlakçılarına təchizatı dayandırmasına və Avropa üçün növbəti tranzitdən yayınmasına gətirib çıxarmışdı. 2009-cu ilin yanvarında Rusiya qazının Qərbə, Aİ və Ukraynaya təchizatı iki həftəlik dayandırılmışdı.

Ukraynadan qaz təchizatı dayandırılarsa, vəziyyət 2009-cu ildəki qədər ciddi olmayacaq. Çünki rus qazını Ukrayna və Belarusdan keçmədən Almaniyaya nəql edən Şimal Axını boru kəməri başa çatıb və digər qarşılıqlı əlaqələr də Şərqi Avropada vəziyyəti yaxşılaşdırıb. İqtisadi vəziyyət və mülayim ab-hava da tələbatın nisbətən aşağı olduğunu göstərir.

Avropa nöqteyi-nəzərindən, kommersiya məntiqinə görə, Ukraynadan kənarda qaz tranzitinin diversifikasiyası dəstəklənməlidir. Bura Cənub Axını kəməri üçün tənzimləyici dəstək də daxildir. Əgər kəmər tam başa çatdırılarsa, 2020-ci ilə qədər rus qazının Ukrayna vasitəsilə nəqlinin tamamilə dayandırılmasına şərait yaradıla bilər. Lakin Avropa hökumətlərinin Krım məsələsi ilə bağlı mövqelərinə uyğun olaraq, enerji məsələləri üzrə Rusiya ilə əməkdaşlığı minimuma endirmək üçün siyasi addım atıla bilər. Bu halda, qaz idxalı və tənzimləmə ilə bağlı Aİ və Rusiya arasındakı mübahisəli məsələlər daha da kəskinləşəcək və bu, Cənub Axını üçün mənfi nəticələr doğura bilər. Bundan başqa, Avropanın əvvəllər iqtisadi xərclər ucbatından məhdudlaşdırılan, rus qazından uzaqlaşmaq üçün etdiyi cəhdlər yenidən bərpa ediləcək.

 

EUnews

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart