Türkmənistan

Türkmənistan və Rumiya Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin potensialını öyrənirlər

turkmen-romania

Türkmənistan hökümətindən verilən məluamat görə, bu ölkənin nümayəndə heyəti  nəqliyyat sektorunda əməkdaşlıq üzrə işçi qrupunun iclasında iştirak etmək üçün Rumıniyaya səfər edib.

Nümayəndə heyəti Mərkəzi Asiyadan Avropaya olan nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Nümayəndə heyəti həmçinin Ruminiyanın Konstansa limanını ziyarət ediblər.

 

Söhbət yeni Avrasiya nəqliyyat dəhlizinin formalaşmasından gedir. Belə ki,Türkmənistanın gəmiçilik və çay nəqliyyatı xidməti mayeləşmiş qazın Konstansa limanına ixracı imkanını öyrənir.

Nəzərdə tutulur ki,yüklər Xəzər dənizindən xüsusi konteynerlər vasitəsilə Bakı limanına gətirilsin,ordan isə dəmir yolları ilə Batumi və ya Potiyə,ordan isə Ruminiyaya nəql edilsin.

Yüksək səviyyəli görüşlərdən sonra iki saziş imzalanıb: çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirlməsi ilə mübarizə sahəsində Türkmənistanın maliyyə nazirliyi ilə Ruminiyanın çirkli pulların yuyulması ilə mübarizə offisi ilə anlaşma memorandumu və nəqliyyat sahəsində əməkdaşlıq memorandamu.