logo

Türkmənistan prezidenti əhali üçün də pulsuz benzini ləğv etdi

Views: 28

benzin-suicideRİA Novosti Türkmənistan televiziyasına istinadən bildirir ki, 2014-cü ilin iyulun 1-dən avtomobil sürücüləri bu ölkədə daha pulsuz benzin almayacaqlar. Müvafiq fərman dövlət başçısı Qurbanqulu Berdumuhammedov tərəfindən imzalanıb.

Sənədə əsasən 1 iyul 2014-cü ildən avtomobil və motosiklet sahiblərinin bütün növ benzin və dizel yanacağları ilə pulsuz təmin edilməsi norması ləğv edilir.

Yerli TV-nin xəbərinə görə, bu addım Türkmənistan iqtisadiyyatının inkişafı və daxili bazarda neft məhsullarınından qənaətlə istifadə etmək məqsədilə atılıb.

Qeyd edək ki, hazırda hər bir şəxsi avtomobil sahibi Türkmənistanda ayda 120 litr benzin, motosiklet sahibləri isə 40 litr benzin alır. Bu hüquq çəkisi 3,5 tona qədər olan avtomobillərin sahiblərinə və sürücü nəzərə alınmadan 8 oturacaq yerindən çox olçayan sərnişin nəqliyyat sahiblərinə də şamil edilirdi.

Xatırlatmaq yerinə düşərdi ki, Türkmənistan hökuməti 1 iyul 2012-ci ildən traktor və iri yük maşınları üçün yanacaq limitini aradan qaldırmışdı.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart