logo

Türkmənistan dəyəri $3,4 milyard olan qaz kimya kompleksinin inşasına başlayıb

Views: 42

gazoxim

Cənubi Koreya və Yaponiyadan olan şirkətlər konsorsiumu Xəzərin türkmən sahillərində dəyəri 3.432 milyard dollar olan qaz kimya kompleksinin inşasına başlayıblar.

Kompleksin inşası “Türkmənqaz” dövlət konserni ilə Cənubi Koreyanın LG International Corp və  Hundai Engineering Corp. Ltd,həmçinin Yaponiyanın  TOYO Engineering Corp şirkətləri arasında imzalanmış 3 tərəfli müqavilə əsasında aparılır. Kompleksdə təbii qazdan ildə 386 min ton polietilen və 81 min ton polipropilen istehsal ediləcək. Istehsal edilən məhsullar əsasən ixrac ediləcək.

Tikintinin müddəti 47 aydır. Kompleksin inşasına üçün maliyyə vəsaiti proporsional qaydada ayrılıb: 85% konsorsium, 15% isə türkmən tərəfi. Kredit Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı tərəfindən verilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart