logo

Telegraph: Avropa Birliyi “Cənub Axını”nın inşasını dondurmaq fikrindədir

Views: 32

gas_closed

The Daily Telegraph qəzeti yazır ki, Avropa Birliyi “Cənub axını” kəmərinin inşasını dayandırmaq niyyətindədir. Layihənin dəyəri 50 milyard ABŞ dollarıdır. Qəzet yazır ki, kəmərin inşasının dayandırılması Avropa Birliyi tərəfindən Rusiyaya qarşı ilk ciddi “cəza” olacaq.

Avropa Birliyinin belə planları barədə məlumat Avropa komissiyasının sədri Jose Manuel Barrozanın Bolqarıstan siyasətçiləri ilə görüşündən sızma nəticəsində məlum olub. Qeyd edilir ki, Jose Manuel Barroza Bolqariya siyasətçiləri ilə görüşdə onlardan Avropa Birliyinin layihə ilə bağlı siyasətinə maneçilik törətməmək barədə xəbardarlıq edib.

Rəsmi mənbələrə görə,”Cənun Axının” inşası hələ də qüvvədə qalır ancaq layihə “siyasi cəhətdən ölüdür”.

Əvvələr xəbər verilirdi ki,”Siemens” şirkəti “Cənub Axını” layihəsinin dəniz hissəsi üçün avadanlıq tədarük edəcək.

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart