logo

Tarif Şurası: Azərbaycana idxal olunan oktan ədədi 95 və daha yüksək olan avtomobil benzini dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil

Views: 85

giymet_davasiNazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu barədə Tarif Şurasının məlumatında bildirilir.

Nazirlər Kabinetinin 7 fevral 2014-cü il tarixli qərarları ilə idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumları 15 faizdən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib.

“Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin (“Premium Avro-95” və “Super Avro-98”) nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır”, – deyə məlumatda vurğulanır.

Ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir (!) və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur.

İndiyədək Azərbaycana “Premium Avro-95” və “Super Avro-98” markalı avtomobil benzini idxal edilməyib.

Bu benzin növlərinin qiymətləri benzin idxalçıları tərəfindən təyin edilir.

* .Dövlət Stattistika Komitəsinin rəsmi məlumatına əsasən, 2013-cü ilin yekunlarına görə, Azərbaycana idxal edilmiş yüksək oktanlı benzinin həcmi (ancaq Ai-98 olub – Caspian Barrel)179,8 ton təşkil edib ki, bu da təqribən 3 vaqon-sistern deməkdir. Bu həcmi 3 min minik avtomobili dolu çənə vura bilərdi ki, bu da il boyu orta hesabla gündəlik cəmi 8 avtomobilin yanacaqla təminatı deməkdir. Yəni Ai-98 markalı benzinə Azərbaycanda faktiki tələbat yoxdur.  

** SOCAR-ın 2012-ci il üçün audit edilmiş illik hesabatına əsasən, Ai-95 markalı benzinin ölkə üzrə istehsal edilmiş avtomobil benzinlərində xüsusi çəkisi cəmi 4,7% təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart