logo

SOCAR Ukraynada öz biznesini 50% artırmaq niyyətindədir

Views: 74

socar-ukraine

Ukraynada qeyri-sabit siyasi və iqtisadi vəziyyətə baxmayaraq, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ölkədə öz biznesini bundan sonra da inkişaf etdirmək niyyətindədir. Bu barədə Trend-ə SOCAR-ın Ukraynadakı nümayəndəliyindən bildiriblər.

“SOCAR Energy Ukraine”dan deyildiyi kimi, şirkətin planları dəyişməzdir – yeni yanacaqdoldurma komplekslərinin tikintisini davam etdirmək və iş yerləri yaratmaq: “2014-cü ilin payızınadək şirkət Ukraynada öz yanacaqdoldurma kompleksləri şəbəkəsini 50 faizədək artırmağı planlaşdırır.

Həmçinin yaxın vaxtlarda Ukraynanın şirkətin indiyədək təmsil olunmadığı vilayətlərində yeni yanacaqdoldurma komplekslərinin açılacağı gözlənilir”.

Nümayəndəliyin rəsmi internet saytında yerləşdirilmiş məlumata görə, hazırda Ukraynada SOCAR brendi altında fəaliyyət göstərən məntəqələrin sayı 38-dir. “SOCAR” YDM artıq Kiyevdə, Odessada, Lvovda, Nikolayevdə, Rovenskdə, Çerkaskda, Xmelnitskidə və Poltava vilayətində fəaliyyət göstərir. Şirkət Polşanın, Litvanın və Belarusun aparıcı NEZ-lərindən Avro-5 standartlarına uyğun neft məhsulları idxal edir.

SOCAR Ukraynanın yanacaq bazarında öz mövqeyini möhkəmləndirmək niyyətindədir. Ona görə də şirkət həm Ukrayna paytaxtında, həm də onun regionlarında yanacaqdoldurma kompleksləri şəbəkəsinin stabil inkişafını davam etdirir və əhalini keyfiyyətli Avropa neft məhsulları ilə təmin edir.

SOCAR-ın Ukraynada biznesin inkişafına yatırdığı sərmayələr 2009-cu ildən 2013-cü ilədək 160 milyon dollardan çox, sosial və xeyriyyəçilik təşəbbüsləri beş milyon dollardan artıq olub.

 

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart