logo

SOCAR Türkiyədə mayeləşmiş qaz (LNG) ticarəti üçün lisenziya alıb

Views: 51

lng-tanker

SOCAR Türkiyə LNG şirkəti Türkiyədə mayeləşdirilmiş təbii qaz satışı üçün lisenziya alıb. Türkiyənin Enerji Bazarın Tənzimləmə Təşkilatının rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir ki, şirkət həmçinin mayeləşmiş qazın ixracı və idxalı ilə məşğul olmaq hüququ da əldə edib. Lisenziya 30 il müddətinə verilib.

Yax;n 5 il’ SOCAR Türkiyədə ən böyük xarici investora çevriləcəkdir. Türkiyədə şirkətin bölməsi olan “SOCAR Türkiyə Enerji” fəaliyyət göstərir.

Şirkətin Türkiyədə keçirdiyi layihələr arasında dəyəri $12 mlrd olan Trans-Anadolu Qaz Kəməri (TANAP), dəyəri $5.3 milyard olan STAR neft emalı zavodu, hərəsinin dəyəri $400 olan 1000 meqavatlıq elektrik stansiyası və yük limanı var.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart