Bu gün Bakının Bayıl qəsəbəsində neft çənində yanğın baş verib. Hadisə barədə saat 10:03-də Fövgəladə Hadisə Nazirliyi Yangından Mühafizə İdarəsinə məlumat daxil olub. Yanğın yerinə Səbail və digər yaxın rayonlardan ümumilikdə 10-dan çox yanğınsöndürən maşın göndərilib.
Nəticədə yanğın bir müddət sonra söndürülüb.
SOCAR-ın mətbuat xidmətinin rəhbər iNizaməddin Quliyev Gün.Az-a bildirib ki, yanan çən SOCAR-ın Bibiheybətdəki neft yığma mənətəqəsindəki 14 saylı çəndir. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbləri məlum deyil.
“Çəndə məhsul olmayıb. Çənin dibindəki qalıntılar yanıb. Yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur” – deyə, N.Quliyev sözlərinə əlavə edib.