Neft və qaz sahəsində Amerikanın ən böyük servis şirkətlərindən olan “Schlumberger”in I rübdə xalis mənfəəti keçən ilin analoji dövrü ilə müqayisədə 26.4% artaraq 1.59 milyard dollar təşkil edib.
Schlumbergerin bir adi səhmə düşən gəliri 1.21 dollar olub. Hesabat dövründə şirkətin gəliri 6.3% artaraq – 11.24 milyard dollar təşkil edib.
“Schlumberger” xidmətlərin geniş spektrini təklif edir: kəşfiyyat, hasilatın intensivləşdirilməsi, ixtisaslaşdırılmış proqram təminatının təchizatı. Şirkət 80-dan artlq ölkədə fəaliyyət göstərir.