logo

“Şah-dəniz”in hesabına I rübdə Azərbaycan qaz ixraçını 19% artırıb

Views: 102

truba-dollarAzərbaycan 2014-cü ilin I rübündə 2 mlrd. 398 mln. 465,2 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18,8% çoxdur.

Dövlət Gömrük Komitəsinin m’lumatına görə, yanvar-mart aylarında vergi bəyannamələri üzrə rəsmiləşdirilmiş qaz ixracı 821 mln. 595,73 min kubmetr təşkil edib ki, bunun da dəyəri 145 mln. 954,8 min dollar olub. Yəni bu statistik rəqəmdən çıxış etsək, onda Azərbaycanın 1000 kub metr qazını cari ilin I rübündə orta hesabla 177,65 dollardan satdığı bəlli olar.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi ixrac zamanı “Şah-dəniz” yatağından hasil edilmiş qazı vergi bəyannamələri üzrə rəsmiləşdirmir. Ona görə də bu qaz ancaq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşən mavi yanacaqdır.

SOCAR isə qazı hazırda birbaşa kommersiya müqavilələri ilə Rusiya və Gürcüstana satır. Naxçıvana isə İran üzərindən swap-müqaviləsi ilə qazın nəqli həyata keçirilir ki, bu zaman nəqletməyə görə müəəyyən həcm qaz İran tərəfinə verilir.

Ancaq Dövlət Statistika Komitəsindən Caspian Barrel-ə verilən məlumata görə, cari ilin I rübündə “Şahdəniz” konsorsiumu tərəfindən isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsi ilə Gürcüstan və Türkiyəyə qaz ixracının həcmi 1,6 mlrd kub metr təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz ixrac həcmlərinin 160% artması deməkdir (2013-cü ilin yanvar-martında 1 milyard kub metr). Bəs nədən BP-Azerbaijan şirkətinə ixracı bu qədər artırmaq müvəffəq olmuşdur?

Caspian Barrel-in BP-Azerbaijan şirkətindən əldə etdiyi məlumata görə, əvvəla Şahdəniz yatağında hasilat göztəriciləri kifayət qədər yüksəkdir, bütün hasilat quyuları maksimum gücləri ilə işləyirlər. İxracın artması isə konsorsiumun kommersiya şərtləri ilə Gürcüstana qaz satışı həcmlərini artırması ilə əlaqədardır.

Onu qeyd edək ki, BP-Azerbaijan şirkəti ötən ildən Gürcüstana tranzit qazından əlavə kommersiya qazı da təklif etməyə başlayıb və bunun nəticəsidir ki, artıq ixrac həcmləri durmadan artır. Həmçinin, Türkiyə istiqamətində də azacıq olsa da, artım müşahidə olunmağa başlayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart