logo

Qazaxıstanda I rübdə neft hasilatı 2% azalaraq 20.2 milyon ton təşkil edib

Views: 142

kaz-oilQazaxıstan 2014-cü ilin yanvar-martında qaz kondensatı daxil olmaqla 20.188 milyon ton neft hasil edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 2% azdır.

Statistika Komitəsinin verdiyi məlumata görə, xam neft hasilatı 17,003 milyon ton, kondensat hasilatı isə 3.185 milyon ton təşkil edib.

Bundan başqa hesabat dövründə Qazaxıstanda 10.970 milyard kub mter qaz hasil edilib. Bu həcmdən 5,411 milyard kub metr təbii qaz, 5,380 milyardı isə səmt qazı təşkil edib.

 

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart