Kaşağan yatağının operatoru North Caspian Operating Co. şirkəti yataqda neft və qaz kəmərinin tam dəyişdirilməsi zəruriliyini təsdiq edib və bildirib ki, 2014-cü ildə hasilatın bərpası gözlənilmir.
“Financial Times” qəzeti Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Erbolat Dosayeva istinadən yazıdı ki, Kaşağanda neft hasilatı ya 2015-ci ilin sonunda ya da 2016-cı ilin əvvəlində başlaya bilər. FT-ın mənbəsinin sözünə görə, ümumilikdə 200 km borunu dəyişdirmək lazımdır.
NCOC şirkətindən verilən məlumat görə, boru kəmərlərində sızmalara səbəb təzyiq altında sulfidin çatlamasıdır. Zədələnmiş borular “D” süni adasından neft və qazın “Bolaşak” zavoduna nəql edilməsi üçün nəzərdə tutulmuşdu.
“Istehsalı bərpa edilməsi ikinci rübünün sonuna əldə ediləcək araşdırmanın nəticələrindən asılı olacaq, lakin 2014-ci ildə istehsalın bərpası gözlənilmi” – deyə şirkətdən bildiriblər.
Layihə ” Kazmunayqaz ” Eni, ExxonMobil, Royal Dutch Shell, Total, Inpex və CNPC şirkətləri iştirak edir.