logo

“KazMorTransFlot” I rübdə 2.4 milyon tondan çox neft yükləri daşıyıb

Views: 84

kaztransflot

“KazMorTransFlot” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin  I rübündə 2 milyon 431 min tondan artıq neft yükləri daşınıb ki,bu da plan göstəricilərinin 112% təşkil edir.

Eyni zamanda məlumata görə,cari ilin yanvar-martında  Aktau – Mahaçqala  istiqamətində  684 min ton,Aktau-Bakı istiqamətində isə 677 min ton neft nəql edilib. Xəzər regiounun digər istiqamətləri üzrə isə ilin 3 ayı ərzində 64 min ton neft nəql edilib.

Bundan əlavə hesabatda bildirlir ki,Qara və Aralıq dənizinə istiqamətlənmiş marşrutlar üzrə isə 1006 min ton neft daşınıb.

“KazMorTransFlot”  Milli gəmiçilik şirkəti” şirkəti 1998-ci ildə yaradılıb və səhmlərinin 100% “KazMunayGaz” şirkətinə məxsusdur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart