Amerikanın Quartz informasiya portalının verdiyi xəbərə görə, “Kaşağan” neft yatağında iki il müddətinə hasilat dayanacaq. Layihəyə yaxın mənbənin sözünə görə, bu müddət ərzində toksik qaza tab gətirə bilən xüsusi borular hazırlanacaq.
Neft hasilatı 2016-cı və hətta 2017-ci ilə qədər dayanacaq. Boru kəmərinin 55 mil iki xətti dəyişələcək – biri neft digəri isə qaz üçün nikel ərintilərindən hazırlanmış bahalı borular ilə əvəz ediləcək.
Hazırda yatağın işlənilməsinə $50 milyarda qədər vəsait xərclənib. Gecikmə Qazaxıstan və Exxon, Şell, Eni,Total kimi şirkətlər üçün daha bir neçə milyard itki deməkdir.
Layihəyə yaxın mənbə bildirib ki, Şell şirkəti bir neçə gün bundan əvvəl öz işçilərini və podratçılarını uzun gecikmə ilə bağlı xəbərdarlıq edib.
Problem yataqda olan qazın tərkibindəki hidrogen-sulfiddədi. Hidrogen sulfid “nəm” təsirinə məruz qalan kimi borularda çat əmələ gəlir.
Battelle Memorial institutun mühəndisi Barri Hindinanın sözlərinə görə, hidrogen-sulfidə davam gətirə bilən borular nikel ərintilərindən olan poladdan hazırlanmalıdır, lakin belə polad adi poladdan 10-15 dəfə bahadır.