Yanacaq doldurma stansiyaları birliyinin sədri Bijan Haj Mohammadreza bildirib ki, İranda gözlənilən qiymət artımı insanların onu evində saxlamasına gətirib çıxarıb.
Onun sözlərinə görə, insanlar benzinini təyin olunmayan yerlərdə və qablarda saxlayır ki, bu da faciəli nəticələrə gətirib çıxara bilər.
Dotasiya islahatının ikinci mərhələsi çərçivəsində İran hökuməti benzinin qiymətini qaldırmağı təklif edir. İran höküməti benzinin yeni qiymətlərini aprelin 20-də elan etməli idi,ancaq bu baş vermədi.
Hazırda İranda benzin in qiyməti 1 litr üçün yeddi min realdır (təqribən 50 sent).