Bu ilin birinci rübünün nəticələrinə görə, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə “Şahdəniz” yatağından 1.6 milyard kub metr qaz ixrac edilib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, “Şahdəniz” yatağından qaz ixracı keçən ilin analoji dövrü ilə müqayisədə 160% artıb.
BP-Azərbaycan şirkətindən Caspian Barel-ə verilən məlumata görə, ixracın artmasına səbəb Türkiyə və Gürcüstana tədarükün artması ilə bağlıdır. Konsorsium ötən ildən başlayaraq Gürcüstan bazarında kommersiya qazının satışına başlayıb və cari ilin əvvəlindən bu həcmlər artıb.
Qeyd edək ki, buna qdərə Gürcüstan Türkiyəyə qaz nəqlindən ancaq 5% həcmində tranzit qaz alırdı. İndi isə bu həcmə kommersiya qazı da əlavə olunub.
2014-cü ilin birinci rübündə Azərbaycan 2 milyard 398 milyon 465.2 min kub metr qaz ixrac edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 18% çoxdur.