1 aprel 2014-cü ilə 2007-ci ildən başlayaraq Azərbaycan Dövlət Neft Fondunun “Şahdəniz” layihəsinin işlənməsindən əldə etdiyi gəlirlər $1 milyard 712 milyon təşkil edib.
2014-cü ilin I rübündə isə Dövlət Neft Fonduna “Şahdəniz” layihəsindən $115.6 milyon daxil olub.
2014-cü ilin 1 yanvarına əsasən Dövlət Neft Fondunun aktivləri $35 milyard 877.5 milyon təşkil edib.
Layihənin iştirakçıları: BP (operator) – 28,8%, SOCAR – 16,7%, Statoil – 15,5%, NICO – 10%, Total – 10%, LUKoil – 10%, TPAO – 9%.
“Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı ilin 4 iyununda imzalanıb.Yatağın ehtiyatları 1.2 trilyon kub metr həcmində qiymətləndirlir.