Dünyanın ən böyük enerji şirkətlərindən biri olan ENİ Spa şirkətindən verilən məlumata görə, 2014-cü ilin I rübündə 15.6% azalaraq 1.3 milyard avro təşkil edib.
Hesabat dövründə əməliyyat gəliri 3.5 milyard avro təşkil edib ki,bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 6.8% azdır. Analitiklər bu göstərcini 3.42 milyard avro səviyyəsində gözləyirdilər.
I rübdə şirkətin kapital xərcləri 18.5% azalaraq 2.54 milyard avro təşkil edib.
Karbohidrogen hasilatı gündə 1.583 milyon barel səviyyəsində olub ki,bu da 2013-cü ilin eyni dövrünün göstəricisndən 0.5% çoxdur.
Eni SpA Avropanın ən böyük neft və qaz korporasiyalarından biridir. 70 ölkədə fəaliyyət göstərir və 73 min işçisi var. Hal-hazırda, Eni səhmlərin 60,24%-i institusional investorlar tərəfindən idarə edilir, 30,1%-i İtaliya İqtisadiyyat və Maliyyə Nazirliyinə məxsusdur.