Cari ilin yanvar-martında Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan xarici neft şirkətlərinin dövlət büdcəsinə ödənişləri 262.3 milyon manat təşkil edib. Belə bir nəticəyə energetika naziri Natiq Əliyevin hökumət iclasında etdi hesabat əsasında gəlinə bilər.
Keçən ilin analoji dövrü ilə müqayisədə xarici şirkətlərin dövlət büdcəsinə etdikləri ödənişlər 191 milyon manat ə ya 42.1% azalıb.
Qeyd edək ki, 2013-cü ilin birinci rübündə xarici neft şirkətləri tərəfindən dövlət büdcəsinə 453,3 milyon manat vəsait transfert edilmişdi.
Azərbaycanda neft-qaz hasilatı ilə 12 əməliyyat şirkəti və bir birgə müəssisə məşğul olur.
Lakin Azərbaycanın Dövlət Statistika Komitəsi onarın ödənişlərini, hasilatı və ixracı ilə göstəricilərini ayrı-ayrılıqda göstərmir və ya sadəcə AİOC (beynəlxalq əməliyyat şirkəti) kimi ictimaiyyətə təqdim edir.
Hətta Dövlət Statkom cari ildən başlayaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınan tranzit neftini ancaq türkmən nefti kimi göstərir. Halbuki artıq türkmən neftindən əlavə, Qazaxıstan neft də nəql olunmağa başlayıb.
Bu kimi faktlar Azərbaycanın enerji statistik məlumatlarının ictimaiyyətə əslində nə qədər məlumatın qaranlıq və yarıqaranlıq qalmasını göstərən bir sübutdur.