logo

CNBC : Neft qiymətləri ABŞ-da hasilatın artması üzündən azala bilər

Views: 29

fused dollar sign and oil

CNBC xəbər verir ki, neftin qiyməti yaxın gələcəkdə artmaq əvəzinə azalacaq, çünki ABŞ-da neft hasilatının artması Ukrayna ətrafında olan geopolitik gərginliyi üstələyir.

ABŞ-dakı neft bumundan və Kuşinqdəki terminaldan (Oklahoma ştatı) Port-Artura (Texas ştatı) qədər olan Keystone boru kəmərinin istismara verilməsi ilə ABŞ-ın beynəlxalq bazara nüfüzu güclənəcək. Kuşinqdə olan terminalda Nyu-York əmtəə birjasında satılan neft saxlanılır. Port-Arturda isə ABŞ-ən böyük neft emalı zavodu yerləşir. Nəzərə alsaq ki,Port-Artur Meksika körfəzi sahilində yerləşir,onda liman okeanda neft və neft məhsullarınının vacib daşınma mərkəzinə çevrilə bilər.

Artıq ABŞ-da gündə 8.2 milyon barel neft hasil edilir ki,bu da 3 il əvvəlki göstəricilərdən 3 milyon barel çoxdur. Güman edilir ki,ilin sonuna ABŞ gündə 9 milyon barel neft səviyyəsinə çıxacaq.

Lakin ABŞ hələ də neftin böyük idxalçısı olaraq qalır: gündə 7.6 milyon barel.

Səudiyyə Ərəbistanı və Kanada ABŞ-a ən çox neft tədarük edən ölkələrdir.Lakin Afrikadan ABŞ-ın neft idxalı sürətlə azalmağa başlayıb. Nigeriyadan karbohidrogenlərin idxalı 10 dəfə azalaraq gündə 34 min barel təşkil edib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart