Dövlət Gömrük Komitəsinin sayğaclarının göstəricilərinə əsasən, Azərbaycanın xam neft ixracı cari ilin I rübündə 8 mln. 92,792 min olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,8% azdır.
DGK bildirir ki, hesabat dövründə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 6 mln. 513,652 min ton, Bakı-Supsa neft kəməri ilə 1 mln. 80,575 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 254,356 min ton, dəmir yolu ilə Gürcüstan limanlarına 244,209 min ton neft ixrac olunub.
I rübdə bəyan edilmiş neft ixracı $4 mlrd. 562 mln. 999,69 min məbləğində 5 mln. 523,074 min ton olub. Caspian Barrel bu rəqəmlərdən çıxış edərək, hesablayıb ki, I rübdə Azərbaycan neftinin bir barelini orta hesabla $111,64-dan ixrac edib.
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsi cari il üçün bir barel neftin illik orta ixrac qiymətinin $100-dan qiymətinə hesablanıb.