logo

Aprelin sonuna kimi TANAP üzrə son investisiya qərarının verilməsi üzrə hazırlıqlar başa çatmalıdır

Views: 23

TANAP-5

Türkiyə TANAP qaz kəməti layihəsində payını 10% artıraraq 30%-ə çatdırmaq istəyir. Bu haqda bu gün jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı məsələlər gələn həftə Türkiyə tərəfi ilə bir daha müzakirə olunacaq. Müzakirə Türkiyənin enerji və təbii ehtiyatlar naziri səviyyəsində keçiriləcək.

Abdullayev daha sonra bildirib ki, aprelin sonuna kimi TANAP layihəsi üzrə son investisiya qərarının verilməsi üzrə hazırlıqlar başa çatmalıdır.

TANAP üzrə işlərə gəlincə, SOCAR rəhbəri bildirib ki, əgər biz btün işləri şatdıra bilsək, onda tikinti işlərinə bu ilin sonunda başlaya bilərik və 2015-ci ildə boru kəmərinin çəkilməsi üzrə işlər artıq aktiv fazaya daxil olacaq.

O ki, qaldı TANAP-da pay bölgüsü məsələsinə, SOCAR-da 58% olacaq, BOTAS-da 30%, yerdə qalan 12% isə BP-də.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart