logo

Aİ qaz sənayesi nümayəndələri toplantı keçiriblər

Views: 40

etAİ qaz sənayesi nümayəndələri toplantı keçiriblər

Avropa İttifaqı (Aİ) enerji üzrə ali komissarı Günter Öttinger (Günther Oettinger) aprelin 8-də Brüsseldə qaz sənayesi nümayəndələri ilə Təchizatın təhlükəsizliyi üzrə dəyirmi masaya və Qaz Koordinasiyası Qrupu ilə görüşə sədrlik edib. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat verib.

Hər iki görüşün məqsədi üzv ölkələrdə təchizat məsələsinin gözdən keçirilməsi, qısa və orta müddətli dövrdə qaz təchizatı təhlükəsizliyini təmin etmək üçün mümkün tədbirlərin müzakirəsi olub.

Qeyd edək ki, görüşlər Aİ Şurasının mart sammitinin nəticələrinə həsr olunmuşdu. Aİ Komissiyası Sammitdə Aİ enerji təhlükəsizliyinin dərindən araşdırılmasını və 2014-cü ilin iyun ayınadək Aİ enerji asılılığının azaldılması üçün hərtərəfli plan təqdim etməyi öhdəsinə götürmüşdü.

Qaz Koordinasiyası qrupu hökumətlərin və Avropa şirkətlərinin təbii qaz üzrə ekspertlərindən təşkil olunub. Qrup qaz təchizatının təhlükəsizliyi ilə bağlı üzv ölkələrin fərdi fəaliyyətini əlaqələndirmək üçün Aİ-nin “Qaz təchizatının təhlükəsizliyi” ilə bağlı normativ sənədinə uyğun olaraq yaradılıb.

Bundan əlavə, təchizatın təhlükəsizliyi üzrə dəyirmi masada qaz sektorunu təmsil edən şirkət və cəmiyyətlər qaz təchizatının təhlükəsizliyi məsələsi üçün görüləcək müvafiq tədbirləri müzakirə ediblər.

Aİ qaz təchizatında tranzit rolu oynayan Ukraynanın enerji naziri Prodanın rəhbərlik etdiyi nümayəndə heyəti də görüşdə iştirak edib. İştirakçılar xüsusən qaz infrastrukturunun təkmilləşməsi ilə bağlı son nailiyyətlərin bir sıra Aİ üzv ölkələrinin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildiriblər.

Görüşdə daxili enerji bazarının Aİ qaz təchizatı təhlükəsizliyinin əsasını təşkil etməsi, eləcə də qaz sənayesinin həlledici rolu da vurğulanıb.

Bütün iştirakçılar qaz bazarında çevikliyin Avropada təchizatın təhlükəsizliyini artıracağını etiraf ediblər. Bu səbəbdən qazın saxlanmasını və alternativ daxili istehsal mənbələrinin rolunun diqqətlə tədqiq olunmasını təsdiqləyiblər.

Qaz Koordinasiyası Qrupu və qaz sənayesi nümayəndələri enerji təhlükəsizliyi ilə bağlı apardığı dərin tədqiqat işində Aİ Komissiyasını dəstəklədiklərini bildiriblər. İştirakçılar görüşün nəticələrinə uyğun olaraq gələcəkdə lazım gələrsə, köməklərini əsirgəməyəcəklərini deyiblər.

 

EUnews

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart