LUKoil şirkətinin direktorlar şurası 2013-cü ildə dividendə xalis mənfəətin 28% və ya 93.56 milyard rubl ayırmağı tövsiyyə edib. Bu təklifin təsdiq ediləcəyi halda ən çox gəliri şirkətin prezidenti Vahid Ələkbərov və onun müavini Leonid Fedun alacaq.Müfaviq olaraq 21 milyard rubl (cari kurs ilə $583 milyon) və 9.1 milyard rubl.
Onlar azad və borc alınmış vəsaitlərin əhəmiyyətli hissəsini LUKoil şirkətinin səhmlərinin alınmasına yönəldirlər.
LUKoil şirkətinin divident siyasəti US GAAP üzrə hesablanmış xalis mənfəətin ən azı 15% ödənilməsini nəzərdə tutur. Şirkət tədricən bu payı artırır.2012-ci ilin nəticələrinə görə şirkət təmiz mənfəətin 23% və ya 75.9 milyard rublu dividendlərə yönəltmişdi. Dünən isə şirkətin direktorlar şurası səhmdarlara xalis mənfəətin 28% və 93.56 milyard rubl ödəmək tövsiyyə edib.
LUKoil şirkətinin əsas səhmdarları – onun prezidenti Vahid Ələkbərov ( şirkətin səhmlərinin 22% ona məxsusdur) və vitse-prezidenti Leonid Fedundur (demək olar ki,10%).