logo

Türkmənistan Avro-5 standartlı dizel yanacağı istehsalına hazırlaşır

Views: 19

diesel-5Türkmənbaşı neft emalı kompleksində böyük sərmayə layihələrinin həyata keçrilməsi nəzərdə tutulur. Onların arasında – beynəlxalq ekoloji keyfiyyət standartlarına uyğun dizel yanacağı yanacağı istehsalı üçün hidrotəmizləmə qurğusunun inşası da var. Bu barədə “TurkmənBusiness” portalı xəbər yayıb.

Türkmənbaşı neft emalı kompleksində ümumiyyətlə, il ərzində 2,5 milyon ton Avro-5 standartlı dizel yanacağının istehsalı planlaşdırılır. Bundan başqa burda ildə 1,7 milyon ton benzin istehsalı üçün hidrotəmizləmə qurğusunun inşasıda nəzərdə tutulur.

Bu haqda informasiya müvafiq qurum tərəfindən Türkmənistan Nazirlər kabinetinin iclası zamanı səsləndirilib.

“Neft-kimya sənayesinin potensialının genişləndirlməsi zamanı birinci növbədə ətraf mühit üçün təhlükəsizlik tələblərinə cavab varən innovasiya texnologiyalarına  və elmi-texniki inkişafın naliyyətlərinə üstünlük verilməlidir”, – deyə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovdan portal sitat  gətirib.

* Qeyd edək ki, Türkmənbaşı neft emalı kompleksi 1943-cü ilin iyununda istismara verilib (Qara dəniz sahillərində Tuapse NEZ-nun evakuasiya edilməsi nəticəsində yaradılmışdı). Sonralar modernləşdirilib və istehsal gücü mərhələ-mərhələ artırılıb. 90-ci illərin sonunda NEZ-nun modernləşdirilməsinə Türkmənistan rəhbərliyi $1,5 mlrd. vəsait xərclədi. Onun emal gücü ildə 6 mln tondur. Ancaq hazırda növbəti mərhələ modernizasiya işləri davam edir və bunlar yekunlaşandan sonra Türkmənbaşı neft emalı kompleksi ildə 9 mln ton xammalı emal etməyə qadir olacaq.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart