logo

Türkiyə TANAP layihəsində payını artırmaq niyyətindədir

Views: 72
Турция намерена увеличить долю в проекте TANAP
Турция намерена увеличить долю в проекте TANAP

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məslələr üzrə vitse prezidenti Süleyman Qasımov bildirib ki,Türkiyə TANAP layihəsində payını artıra bilər. Onun sözlərinə görə Türkiyə layihədə payını 20% dən 20%-ə qədər artıra bilər.

Bundan əlavə SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdi ki,Türkiyənin TPAO və BOTAŞ şirkətləri SOCAR-a TANAP layihəsində  paylarının artırılması təkilfi ilə müraciət ediblər.Onun sözlərinə görə türk şirkətlərinin payı Statoil və Total şirkətlərinin payı hesabına artırıla bilər. Bu şirkətlər TANAP layihəsinin maya dəyərinin artması səbəbi ilə layihədə müfaviq olaraq 5% və 12% paydan imtina ediblər.

TANAP layihəsi “Şahdəniz” qazının Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin gücü ildə 16 milyard kub metr təşkil edəcək. 6 milyard kub metr qaz Türkiyəyə,yerdə qalan isə Avropaya tədarük ediləcək.

TANAP layihəində iştirakçıların payı  aşağıdakı qaydada bölünüb: SOCAR ( operator) – 68 faiz , Botas – 20 faiz və BP – 12 faiz .

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart