logo

Türkiyə İrandan tədarük edilən qaz üçün 30% güzəşt tələb edir

Views: 66

iran-tur_gas

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki,Türkiyə İrandan idxal edilən qaz üçün 32.5%  endirim tələb edir.

Onun sözlərinə görə, İrandan Türkiyəyə idxal edilən qaz digər mənbələrdən alınan  qazdan fərqli deyil. İran qazının Türkiyəyə tədarükü müqaviləsi 1996-cı ildə imzalanıb.

2013-cü ildə Türkiyənin BOTAŞ şirkəti müxtəlif mənbələrdən 38.42 milyard kub metr qaz idxal edib.

İrandan idxal edilən qazın qiyməti açıqlanmır ancaq Türkiyə KİV-nin məlumatına görə İran qazının qiyməti  490 ABŞ dollarıdır.

2012-ci ildə rəsmi Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə İran qazının qiyməti məsələsinə görə müraciət edib.

Taner Yıldız həmçinin bildirib ki, Beynəlxalq Arbitraj Məhkəməsində qazın qiyməti ilə bağlı məsələ 2014-cü ilin sonuna qədər çəkəcək.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart