logo

Türkiyə bankı SOCAR-ın enerji layihəsinin maliyyələşdirilməsində iştiraka hazırdır

Views: 43

dennizbank

Türkiyədə fəaliyyət göstərən “Denizbank” İzmirdə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “Star” neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin maliyyələşdirilməsində iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Borsa Gündem” qəzeti yazır.

“Denizbank” bu məqsədlər üçün 500 milyon dollar vəsait ayırmağa hazır olduğunu ifadə edib.

Qəzet yazır: “SOCAR Türkiyə bankına Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) layihəni maliyyələşdirməkdən imtina etmələrindən sonra müraciət edib”.

Qəzet, həmçinin SOCAR və “Denizbank” arasında razılaşmanın əldə olunduğunu bildirib.

Bu layihənin maliyyələşdirilməsi üçün SOCAR artıq 475 milyon dollar vəsait ayırıb.

SOCAR-ın Türkiyədə NEZ tikintisi layihəsinin dəyəri beş milyard dolları ötür.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart