logo

SOCAR ilin əvvəlindən Novorossiysk limanından neft ixrcını 32,6% azaldıb

Views: 62

supsaSOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ilin yanvar-fevral aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 169,694 min ton neft yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.

Şirkətin məlumatına görə, 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcmi 32,6% azalıb.

2014-cü ilin fevral ayında SOCAR Novorossiysk limanından 84,91 min ton Azərbaycan nefti yola salıb.

Xəbər verildiyi kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft ötürməyi planlaşdırır (il ərzində 1 mln. 20 ton).

2014-cü il fevralın 18-də SOCAR və “Transneft”arasında Azərbaycan neftinin Bakı- Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. Bununla yanaşı, sazişin şərtləri açıqlanmayıb. Saziş 2014-cü ilin sonuna qədər nəzərdə tutulub.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2013-cü ildə Bakı- Novorossiysk kəməri ilə 1 mln. 750,063 min ton, 2014-cü ilin yanvar ayında 84,795 min ton neft ixrac edilib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart