logo

SOCAR 2014-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə vergi ödənişlərini 30% artırıb

Views: 34

oil_pul2014-cü ilin yanvar-fevral aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 346 mln. 613 min manat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 30,1% çoxdur. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.

Fevral ayında SOCAR dövlət büdcəsinə 173 mln. 35 min manat vergi ödəyib (2013-cü ilin fevral ayı ilə müqayisədə artım 30,8%).

2014-cü ilin yanvar-fevral aylarında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta ayırmaları üzrə 24 mln. 820 min manat ödəniş edib, bu isə ötən ilin yanvar-fevral aylarının göstəricisindən 2,7% çoxdur. Cari ilin fevral ayında şirkətin DSMF-ə ayırmalarının həcmi 11 mln. 323 min manat təşkil edib.

2013-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 574 mln. 437 min manat təşkil edib.

2014-cü ildə SOCAR üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 825 mln. manat səviyyəsində müəyyən edilib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart