logo

Maersk: qazmada azalma il-il yarım çəkəcək

Views: 26

burugReuters xəbər verir ki,Maersk Drillinq şirkəti bildirib ki,şelf qazmasında durğunluq 12-18 ay çəkəcək və 2015-ci ildə qazma bazarında artım başlayacaq.

Bazarın zəifləməsi özünü ən çox Qərbi Afrika və Brazilyanın dərinsulu şelf layihələrində göstərəcək.

Digər qazma şirkətləri isə xəbərdarlıq ediblər ki,bazarda azalma daha iki il çəkə bilər, çünki iri neft şirkətləri layihələri təxirə salır və vəsaitləri divident ödənilməsin yönəldir.

Analitiklərin hesablamalarına görə neft-qaz sənayesində investitsiyalar bu il 4-6% artacaq ki, bu keçən il ilə müqayisədə əhəmiyyətli dərəcədə azalma deməkdir. Qazma büdcəsinində azalmanı  ən çox Şell,Şevron və Statoil şirkətləri nümayiş etdirir.

Dünyanın ən böyük qazma donamsına sahib olan “Transocean” şirkəti proqnozlaşdırır ki,bazarda tələbin bərpası 18-24 aydan sonra başlayacaq. Seadrill şirkəti isə xəbərdarlıq edir ki, bazarda azalma iki il çəkə bilər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart