Reuters agentliyi İraqın baş nazirinin enerji üzrə müavini Hüseyn Əl-Şəhristaniyə istinadən verdiyi məlumata əsasən, 2014-cü ilin fevralında İraqda neft hasilatı 3.5 milyon barelə, neft ixracı isə 2.8 milyon barelə çatıb.
Cari ilin yanvarında İraq gündə 2.228 milyon barel neft ixrac edirdi ki, bu da öz növbəsində 2013-cü ilin dekabrındakı 2.341 milyon bareldən azdır.