logo

CNPC Özbəkistanda qaz yataqlarının işlənməsinə başlayır

Views: 35

34-19-bigİlin üçüncü rübündən başlayaraq Çinin CNPC şirkəti Özbəkistanın qaz kondensat yatağlarının istismarına başlayacaq. Bu barədə RİA Novosti layihəyə yaxın mənbəyə istinadən məlumat verib.

2013-cü ilin oktyabrında CNPC şirkəti “Özbəkneftqaz” ilə Özbəkistanın neft-qaz yataqlarının istismarı üçün “New Silk Road Oil And Gas Company Ltd” birgə müəssəsi yaradıblar. İlkin məlumatlara görə, birgə müəssənin gücü ildə 1.5 milyard kub metr qaz hasilatı və 150 milyon dollar həcmində sərmayələri nəzərdə tutur.

2006-cı ilin iyununda CNPC-nin törəmə şirkəti “Özbəkneftqaz” ilə 5 sərmayə blokunda  Üstyurt,Buxara-Xivə və Fərqanə neft-qaz regionlarında 5 il ərzində 260.2 milyon dollar həcmində kəşfiyyat işlərinin aparılması müqaviləsi  imzalayıb. Nəticədə Karakul blokunda 3 yataq aşkarlanmışdı: “Hocasəyət”, ”Hocadövlət” və “Şərqi Ələt”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart