2014-cü il martın 1-nə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin ölkə üzrə təbii qazla təmin edilən abonentlərinin sayı 1 mln. 676,885 minə çatıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Onların 1 mln. 656 397 mini əhali, 20,488 mini isə qeyri-əhali sektoruna aiddir.
2014-cü ilin fevral ayı ərzində əhali sektoru üzrə 13,698 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 4,902 mini Bakı, Abşeron və Sumqayıt, 8,796 mini isə regionlar üzrədir.
Bakı şəhərində “Azəriqaz” abonentlərinin ümumi sayı 711,487 min təşkil edir, bunun 701,115 mini əhali, 10,372 mini qeyri-əhali kateqoriyasına aiddir.