logo

Azərbaycan neftinin qiymətləri: 10-14 mart

Views: 26

oil-price

Ötən həftə – 10-14 mart tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 110,81 dollar/barel olub ki, bu da ötən həftənin göstəricisindən 1,68 dollar azdır. Trend-in məlumatına görə, 10-14 mart həftəsində AZERI LT-nin qiyməti maksimum 111,42, minimum isə 109, dollar/barel təşkil edib.

10-14 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 106,3 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,74 dollar aşağıdır.

10-14 mart həftəsində URALS-ın qiyməti maksimum 111,31, minimum isə 108,09 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

10-14 mart həftəsində “Brent Dated” növünün orta qiyməti 108,03 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,23 dollar azdır.

Ötən həftə “Brent Dated”in maksimum qiyməti 108,5, minimum isə 107,12 dollar/barel təşkil edib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart