Materiallar

Azərbaycan Gürcüstanın qaz idxalının 83% təmin edir

az-gruz

2014-cü ilin yanvar-fevralında Gürcüstan Azərbaycandan 76.06 milyon dollar neft ekvivalenti dəyərində  368.56 min ton təbii qaz idxal edib. Bu barədə “Qruzstat”-ın (Gürcüstanın milli statistika agentliyi) hesabatında bildirilir.

Azərbaycan bu kateqoriya üzrə Gürcüstana yanacağın bu növünün əsas idxalçısı olub, 82.95 paya malikdir.

Hesabata görə ilin əvvəlindən Gürcüstan 91.75 milyon dollar məbləğində qaz idxal edib.Qazın qalan hissəsi Rusiyanın payına düşüb.

İllik baxımdan Azərbaycandan idxal edilən qazın həcmi 19.56% artıb.

Müqayisə üçün keçən ilin analoji dövründə Gürcüstan Azərbaycandan 63.62 milyon dollar məbləğində 319.4 min ton təbii qaz idxal etmişdi.

Hesabat dövrü ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi qazın ümimi payı 67.2% olub.