logo

Artıq “Azəriqaz”dan gələn hər qaz təhlükəsiz deyil

Views: 182

qaz-part

Martın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş kütləvi zəhərlənmədən zərər çəkmişlərin durumları ilə bağlı artıq heç bir təhlükə yoxdur, vəziyyətləri stabildir.

Ancaq dünən gecə 4 binanın sakinlərini təşvişə salan QAZ isə həm bundan zərər çəkmişləri, həm də qəsəbə sakinlərinin yəqin ki, uzun müddət yadından çıxmayacaq. Məsələ isə çox sadə görünən bir şey ucbatından baş vermişdi.

Nə baş vermişdi?

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (SOCAR-ın qaz paylayıcı strukturudur) Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində cari təmir işləri aparırmış. Bununla əlaqədar müvəqqəti olaraq axşama qədər abonentlərə təbii qaz verilməsini dayandırıb. Sonra isə təmir işləri yekunlaşandan sonra təqribən saat 8 radələrində qazın verilməsini bərpa edib. Və bütün proqnozlaşdırılmayan işlər də elə bundan sonra baş verib.

Qaz çihazlarını yandıran insanlar kəskin iylə qarşılaşıblar. Onların sözlərinə görə, bir müddət buna əhəmiyyət verməyiblər, zənn ediblər ki, iy çəkilib gedəcək. Ancaq iy heç də azalmayıb və sonradan insanlarda başgicəllənməsi, boğulma və nəfəsalmada çətinlilkər kimi hallar müşahidə edilməyə başlayıb. Bunu görən insanlar küçəyə qaçmağa başlayıblar. Halı pisləşən insanlar isə təcili tibbi yardıma müraciət ediblər.

Səhiyyə Nazirliyinin açıqlaması

Səhiyyə Nazirliyi bu günkü rəsmi məlumatında bildirib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində məişət qazından kütləvi zəhərlənmə hadisəsi ilə bağlı 115 nəfərə qazdan zəhərlənmə diaqnozu qoyulub.

Sakinlərdən 70 nəfərinə yerindəcə ambulator şəraitdə ilkin tibbi yardım göstərilib. 45 nəfəri isə təcili yardım maşınları ilə Respublika Toksikologiya Mərkəzinə gətirilib.

Zərərçəkənlərin 43 nəfəri hospitalizasiya olunub. Daxil olmuş vətəndaşların hər birinə lazımı tibbi yardım göstərilmiş və həyati təhlükə olmadığı üçün martın 6-sı səhər saatlarında evlərinə buraxılıblar.

SOCAR hadisəni ürəkbulanma halları kimi qiymətləndirir

 SOCAR-ın rəsmi aşıqlamasında əsas diqqəti cəlb edən məqam hadisə ilə bağlı şirkət mütəxəssislərdən ibarət komissiya yaradılması və araşdırmalara başlanılması idi.

“Hazırda Komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi ictimaiyyət üçün açıqlanacaqdır”, – deyə şirkətin məlumatında bildirilir.

Diqqət yetirdinizsə, SOCAR dünənki hadisəni kütləvi zəhərlənmə deyil, ürəkbulanma halları kimi versiyasını daha çox məqbul sayır.

SOCAR bildirir ki, Şirkətin və Fövqəladə Hallar Nazirliyinin birgə qərarına əsasən, Azərbaycan Respublikası ərazisində mövcud olan bütün qazpaylayıcı stansiyalarda odarant qurğuları quraşdırılmalıdır. Hazırda ölkə üzrə istismar olunan 205 qazpaylayıcı stansiyadan 178-ində belə qurğular quraşdırılmışdır. SOCAR tərəfindən sonuncu dəfə alınmış bu qurğulardan biri də Lökbatan qəsəbəsində quraşdırılmışdır”.

Şirkət  açıqladığı rəsmi məlumata məişət qazına vurulan odarant maddəsi ilə bağlı açıqlama da əlavə edib.

“Odarantın qazlara qarışdırılması müəyyən qatılıqda aparılır. Məişətdə istifadə olunan təbii qaz qoxusuz olduğuna görə təhlükəsizlik baxımından bu qazlara qarışdırılan odarantlar rəngsiz və kəskin iyli, havadan 1,7 dəfə ağır olan qazlardır. Yaşayış zonalarında odarantın havada buraxıla bilən qatılıq həddi 0,00001 mq/m3-dir. Bu maddənin havada konsentrasiyası 20 mq/m3 olduqda insan orqanizmi üçün heç bir təhlükəli təsiri yoxdur, zəhərlənmə yaratmır, sadəcə ürəkbulanma yarada, nəfəs yollarını qıcıqlandıra bilər. Odarantın insan orqanizminə ciddi təsiri halları qeydə alınmamışdır. Həmin maddə qaz yanarkən tam yanır”.

Şirkət bu məlumatları yazarkən  60 il əvvəl, 1954-cü ildə Leninqradda nəşr edilmiş “Sənayedə zərərli maddələr” kitabına istinad edildiyini bildirir.

“Azəriqaz” isti-isti nə açıqlamışdı?

Hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisiVaqifNamazovun bildirdiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan odorant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.

“İlkin ehtimallara görə, kütləvi zəhərlənmə qaza vurulan odorant maddəsi ilə bağlıdır. Qaza başqa kimyəvi maddənin vurulması və ya haradasa partlayışın baş verməsi ilə bağlı yazılanlar və səslənən fikirlər doğru deyil”. Bunu AzadlıqRadiosuna “Azəriqaz”ın sözçüsü ArazAğayev deyib: “Burda söhbət yalnız odorantdan gedir ki, bu da qaza həmişə vurulur. Bu maddənin xüsusi iyi var, sızmaların qarşısını almaq, onu təyin etmək üçün bu maddə qaza vurulur. Ola bilər ki, odorantın miqdarı normadan artıq olub və elə bir kəskin iy yaranıb”.

Araz Ağayev kiçik həcimdə odorantın insan orqanizmi üçün təhlükəsi olmadığını deyir.

“Yalnız böyük konsentrasiyalarda təhlükəlidir. Lökbatanda zərərçəkənlər, çox güman ki, immuniteti və ürəyi zəif olanlar. Bu, həm də daha çox stress və həyəcanla bağlı məsələdir. Çünki o miqdarda odorant olmayıb ki, o insan orqanizmi üçün təhlükə yaratsın”.

Neçə nəfər ölüb?

Lökbatanda qazdan kütləvi zəhərlənmə zamanı bir qəsəbə sakini, 45 yaşlı NatalyaMəmmədova zəhərlənmədən vəfat edib. Ancaq Səhiyyə Nazirliyi bunu hələlik təsdiq etmir. Nazirliyin sözçüsü Anar Qədirli bildirib ki, N.Məmmədovanın meyidi tibbi ekspertizaya göndərilməli və bundan sonra ölümün səbəbləri haqda təsdiqedici faktlar ortaya qoymaq olar.

Ancaq haqqin.az saytının sakinlərə istinadən veridyi məlumata görə, həmin bina sakinləri arasında elə həmin gecə dünyasını dəyişən Anar və İlkin adlarında adamlar da olub. Hələlik bu faktın nə dərəcədə qazla bağlı olub-olmaması araşdırılır.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart