logo

Analitik: Putin “Cənub Axının” qabağını kəsir

Views: 20

korchemkin

East European Gas Analysis (ABŞ) şirkətinin prezidenti Mixail Korçemkin Live Journaldakı şəxsi bloqunda  yazıb ki, Vladimir Putinin Krım əməliyyatı “Cənub Axını” layihəsinə yeni maneələr yarada bilər.

“Birincisi, kəmərin Avropadakı  quru hissəsinə dair danışıqlar uzanacaq və mürəkkəbləşəcək.

Ikincisi, ABŞ-ın maliyyə sanksiyaları (İran misalında) Rusiya dövlət şirkətlərinin bank kreditləti almasını məhdudlaşdıracaq.

Ücüncüsü, Ukrayna ərazisindən Rusiya qazının tranziti dayansa, Qazpromun gəlirləri azalacaq və Rusiya Federasiyasının əsas müəssisələri zərərdə olacaq”, – analitik belə hesab edir.

Onun sözlərinə görə, Federal büdcədə Qazprom üçün əlavə subsidayalar nəzərdə tutulmayıb və meqalayihələr üçün vəsait yoxdur.

“Mən düşünürəm ki,”milli sərvətin” vasitəçələri və podratçıları Rusiya prezidentinin Ukrayna siyasətini dəstəkləmir – Korçemkin yazıb.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart