logo

Aİ Özbəkistan ilə enerji sahəsində əməkdaşlığı dərinləşdirir

Views: 42

boru2Avropa İttifaqı (Aİ) və Özbəkistan enerji sahəsində ikitərəfli anlaşma memorandumunun effektiv icrası üçün enerji sahəsində əməkdaşlıqlarını dərinləşdirməyə razılaşıblar. Bu barədə “New Europe” xəbər portalı məlumat verib.

Martın 17-də Aİ və Özbəkistan XI Əməkdaşlıq Şurasını keçiriblər. Şura hər iki tərəfin bir neçə sahə üzrə əməkdaşlıqlarını artırmaq istədiyini elan edib. Bundan əlavə, Mərkəzi Asiya ölkələrində Aİ-nin ticarət və investisiyasını irəli çəkmək üçün hər iki tərəf müştərək biznes və investisiya şurasının yaradılması barədə razılığa gəlib.

Əsasən təbii qaz ixracı ilə tanınan Özbəkistan qızıl, əlvan və qara metal, toxuculuq məmulatları, ərzaq və maşınqayırma məhsulları da ixrac edir. Aİ həmçinin Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına qoşulma planlarını bir daha dəstəklədiyini bildirib.

Bundan əlavə, İttifaq insan haqları sahəsində dialoq çərçivəsində Özbəkistanın Aİ ilə insan haqları məsələsini getdikcə daha açıq şəkildə müzakirə etməyə hazır olmasını bəyənib. Avropa rəsmiləri Özbəkistan və Beynəlxalq Əmək Təşkilatı arasında yenilənmiş əməkdaşlığı da alqışlayıblar. İttifaq BƏT-in 2013-cü il pampıq yığımında uşaq əməyi ilə bağlı müsbət nəticələrini də bəyənib. Aİ Özbəkistan hakimiyyət orqanlarından əmək sahəsi ilə bağlı məsələləri BƏT razılaşmalarına uyğun şəkildə həll edilməsini tələb edib.

Əməkdaşlıq Şurası Mərkəzi Asiyalı əməkdaşlarını bütün ölkələrin maraqlarını nəzərə almaqla, su ehtiyatlarından istifadənin, regionda təhlükəsizlik və enerji məsələlərinin daimi həllini tapmağa çağırıb.

 

EUnews.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart