logo

2013-də Azərbaycanın cari əməliyyatlarının profositi neft sektoru sayəsində $3.8 mlrd-ı ötüb

Views: 40

neft-statistikaAzərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan tədiyə balansına əsasən, 2013-cü ilin nəticələrinə əsasən, ölkənin cari əməliyyatlar profositi 12.3 milyard dollar təşkil edib ki, bu da 2012-ci ilin analoji göstəricisindən 17.22 faiz azdır.

Tədiyə balansında qeyd edilir ki, Azərbaycanın neft-qaz sektorunda cari əməliyyatların hesabı 22.1 milyard dollar təşkil edib.

Eyni zamanda sənədə görə,neft-qaz sektorunun cari profisiti qeyri neft sektorunun  9.8 milyard dollar məbləğində olan cari açığını örtür.

Tədiyə balansının ümumi profositi 3.84 milyard dollar təşkil edib.

Tədiyə balansının sektorlar üzrə təhlili göstərir ki, ötən illərdə olduğu kimi, 2013-cü ildədə neft sektoru üzrə əməliyatlar müsbət, qeyri neft sektoru üzrə isə mənfi saldoya malikdir.

2013-cü ildə Azərbaycanın ümumi xarici ticarət balansı 42.9 milyard dollar, xarici ticarətin müsbət saldosu isə 20.62 milyard dollar təşkil edib.

Ticarətin 9.9% MDB-i ölkələrinin payına, 90.9% isə başqa ölkələrin payına düşüb. Azərbaycan İtaliya, Böyük Britaniya, Türkiyə, ABŞ, Rusiya, İndoneziya, Almaniya, Tayland, Fransa və Yaponiya ilə intensiv ticarət aparıb. Birlikdə, bu ölkələrin Azərbaycan ilə ixrac-idxal əməliyyatları ümümi ticarətin 68.9 faizini təşkil edib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart