logo

Yanvarda SOCAR “şimal” marşrutu ilə 84 min tondan çox neft ixrac edib

Views: 336

baku-novSOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar ayında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 84,739 min ton neft yola salıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 32 dəfə çoxdur.

SOCAR-ın yaydığı məlumata görə, 2013-cü ildə “şimal” marşrutu ilə 1 mln. 751,023 min ton neft ixrac edib.

Qeyd edək ki, Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.

Azərbaycan və Rusiya arasında Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqli haqqında müqavilə 2014-cü il fevralın 14-nə qədər qüvvədədir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart