logo

Yanvarda Azərbaycan yalnız dizel və aviasiya yanacağı ixrac edib

Views: 48

exp-neftSOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında 78 min 106 ton dizel yanacağı, 10 min 157 ton təyyarə yanacağı ixrac edib.

Ötən ay ümumilikdə Azərbaycan 88,264 min ton neft məhsulu ixrac edib ki, bu da 2013-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 9,7% azdır.

SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumata görə, 2014-cü ilin yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 938,99 dollar, təyyarə yanacağının – 955,95 dollar, dizel yanacağının – 903,01 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 594,81 dollar təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart