logo

Yanvar ayında BTC ilə türkmən neftinin nəqli iki dəfə artıb

Views: 35

tanker2Dövlət Statistika Komitəsindən bildiriblər ki, yanvar ayında BTC ilə türkmən neftinin nəqli keçən ilin yanvar ayının 196.4 min ton neftinə qarşı 488.3 min ton təşkil edib.

2013-cü ildə BTC ilə 2012-ci ilin 3.1 milyon ton türkmən neftinə qarşı 3.3 milyon ton türkmən nefti nəql edilib.

BTC ilə türkmən neftinin nəqli Türkmənistanda neft hasilatı ilə məşğul olan Dragon Oil şirkəti ilə SOCAR Trading arsındakı müqavilə çərçivəsində aparılır.

SOCAR Trading nefti Türkmənistanda istehsalçıdan alaraq Xəzər dənizi vasitəsilə Sanqaçal terminalına çatdırır,daha sonra isə BTC Co şirkəti nefti kəmər ilə Ceyhan limanına nəql edir və SOCAR Tradingə təhvil verir.

Qeyd edək ki,türkmən neftinin BTC ilə nəqlinə 2010-ci ilin iyununda başlanıb.

BTC Co -nun səhmdarları aşağıdakılardır : BP ( 30,1 faiz), SOCAR (25 faiz) , Chevron ( 8,9 faiz) , Statoil ( 8,71 faiz) , TPAO (6,53 faiz) , Eni (beş faiz ), Total (5 faiz), Itochu ( 3,4 faiz), Inpex (2,5 faiz) , ConocoPhillips ( 2,5 faiz) və ONGC ( 2,36 faiz).

Boru kəmərinin gücü sutkada 1,2 milyon barel təşkil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart