logo

Venesuelada hökumət əleyhinə mitinqlər səngimir

Views: 25

venezuela_230Fevralın 23-də Venesuela paytaxtında müxalifətin yerli hökumət əleyhinə təşkil etdiyi çoxminlik mütünq ötən ilin aprelində prezident kürsüsünə oturmuş Nikolas Maduronun hakimiyyəti dövründə ən möhtəşəm anti hökümət aksiyası idi.

Rosbalt agentliyinin yaydığı xəbərlərə görə, ümumən aksiya sakit keçib, hüquq-mühafizə orqanları ilə cəmi bir-neçə toqquşma qeydə alınıb və beş nəfərin xəsarət alınması haqda xəbərlər yayılıb.

Maraqlısı bu idi ki, elə həmin gün ölkə prezidenti Karakasda – paytaxtın digər hissəsində öz tərəfdarları qarşısında mitinq keçirirdi. Ancaq bu mitinqdə olanların sayı qat-qat az idi, nəinki müxalifətin aksiyasında olanlardan.

Venesuelada artıq 10 gündən çoxdur ki, hakimiyyətlə müxalifət arasında qarşıdurma başlayıb və bu paytaxtdan əlavə regionlarda da baş qaldırıb. Nə istəyir müxalifət? Onları narahat edən son zamanlar ölkəni bürüyən iqtisadi böhran, mağazalarda getdikcə tələbat duyulan malların azalması və onların qiymətlərinin sürətlə artmasıdır. Bu məsələlərin həlli əvəzinə ölkə prezidenti Nikolas Maduro belə aksiyaların ölkə xaricindəki qüvvələr tərəfindən təşkil edildiyini söyləyir və Venesuelanın düşmənlərinin  işi olduğunu bildirir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart