logo

Türkiyə 2013-də 2,4 mln ton neft hasil edib

Views: 39

fiskirdi2013-cü ilin nəticələrinə görə, Türkiyə Cümhuriyyətinin ərazisində 2,4 milyon ton xam neft və 555 milyon kub metr təbii qaz hasil edilib. Bu haqda Türkiyə energetika və təbii ehtiyatlar nazirliyinin dünən yaydığı rəsmi məlumatda bildirilir.

Ötən il Türkiyədə neft və qazın kəşfiyyatı və hasilatı ilə 50 şirkətin məşğul olub. Bunlardan 26-sı yerli şirkət idi. Nəticədə 168 quyu qazılıb ki, bu da 2012-ci illə müqayisədə 6% çoxdur. Bu quyulardan 42-si neft layları açıb, 5-i isə qaz layları açıb.

2013-cü ildə Türkiyədə neft və qaz kəşfiyyatına qoyulan yatırımların həcmi 952 milyon dollar təşkil edib.

Türkiyədə daxili neft hasilatının artımı nəticəsində ötən il neftin idxalının azalması hesabına Ankara 2,3 milyard dollara qənaət edib.

Qeyd edək ki, artıq Türkiyənin neft və qaz sektorunda çalışanların sayı 10 min nəfərədək yüksəlib.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart