logo

Totalın 2013-cü ildə xalis mənfəəti 20% azalıb

Views: 19

total-kzTotal şirkəti tərəfindən açıqlanan hesabatda bildirlir ki, 2013-ci ilin nəticələrinə görə, şirkətin xalis mənfəəti 2012-ci illə müqayisədə 20% azalıb.

Hesabat dövründə şirkətin satışdan əldə etdiyi gəlir 2012-ci illə müqayisədə 5% azalaraq 189.5 milyard avro təşkil edib. Dəqiqləşdirilmiş təmiz mənfəət 12% azalaraq 10.75 milyard avro olub.

Dördüncü rübdə şirkətin xalis mənfəəti 1.6 milyard avro təşkil edib ki, bu da 2012-ci ilin eyni dövrünün göstəricisindən 31% azdır. Dürdüncü rübdə satışın həcmi 47.75 milyard avroya çatıb ki, bu da 2012-ci ilin dördüncü rübünün göstəricisindən 4% azdır.

Karbohidrogenlərin hasilatı neft ekvivalenti ilə 2.3 milyon barel təşkil edib. Şirkət 2015-ci ildə neft ekvivalenti ilə 2.6 milyon barel, 2017-ci ildə isə 3 milyon barel səviyyəsində gözləyir.

Şirkətin Direktorlar Şurası səhmdarlara hər bir səhmə 2.38 avro dividend ödəməyi tövsiyyə edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart